“Qarabağ” növbəti mərhələdə, “Kəpəz” mübarizəni dayandırdı
İyul 20
23:18
2016
Lüksemburqda yerli «Düdelanj» və Ağdamın «Qarabağ» futbol klubları arasında UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü 1:1 hesabı ilə başa çatıb.
Beləliklə, "Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə ağdamlıların rəqibi Çexiyanın "Viktoriya Plzen” komandası olacaq.
Komandamızın yeganə topunu Reynaldo vurub.
Bir həftə əvvəl Bakıda keçirilmiş ilk oyun 2:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatmışdı.
Beləliklə, "Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə ağdamlıların rəqibi Çexiyanın "Viktoriya Plzen” komandası olacaq.
***
Mərdəkandakı «Dalğa Arena»da futbol üzrə Avropa Lİqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gəncənin «Kəpəz» klubu Avstriyanın «Admira» komandasını qəbul edib.Cavab görüşü 2:0 avstriyalıların xeyrinə başa çatıb.
Bu komandalar arasında ilk oyun Avstriyada ötən həftə keçirilib və 1:0 hesabı ilə «Admira»nın xeyrinə başa çatmışdı.
Beləliklə, "Kəpəz” Avropa Lİqasında mübarizəni dayandırıb.