SON XƏBƏR

"Qarabağ" rəsmisi: “Rəqiblərin adlarını eşidəndə adam həyəcanlanır”

Avqust 25
11:52 2017
Ötən gün Çempionlar Liqasının püşkatma mərasimində iştirak edən "Qarabağ"ın meneceri Asif Əsgərov Türkiyənin "Anadolu Agentliyi"nə açıqlama verib. "Qaynarinfo" xəbər verir ki, klub rəsmisi "Kopenhagen"lə oyunun çətin və həyacanlı keçdiyini bildirib.

Evdəki qələbə (1:0) sayəsində səfərdə 1:2 hesabı ilə yenilmələrinə rəğmən Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmaq şansı qazandıqdlarını qeyd edən Əsgərov "Azərbaycan tarixnə düşdüyümüz üün xoşbəxtik" deyib.
 
Çempionlar Liqasının püşkatmasının çox həyacanlı olduğunu bildiriən Asif bəy "Türkiyədəki türk qardaşlarımıza səslənirəm, hamısına təşəkkür edirəm. Bütün Avropada bizi yalnız buraxmadılar. Kopenhagendəki matçda da çox sayda türk qardaşımız var idi. "Bir millət, iki dövlət" olduğumuzu hər yerdə sübut edirik" deyib.
Klub rəsmisi "Beşiktaş"a Çempionlar Liqasında uğurlar arzulayıb: "Bizim hədəfimiz Çempionlar Liqasına qatılmaq idi. Bunun sevincini yaşayırıq. "Beşiktaş"ın da daha irəlilərə getməsini arzulayırıq".
 
Əsgərov ilk dəfə mübarizə aparacaqları Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri də dəyərləndirib: "Atletiko", "Çelsi", "Roma"... Adlarını eşidəndə adam həyacaqlanır. Bacardığımız qədər Azərbaycanımızı, klubumuzu uğurlu şəkildə təmsil etməyə çalışacağıq".
 
Asif bəy xaricdəki türklərdən dəstək gözləmələri barədə suala belə cavab verib: "Bizhər zaman oyunlarımızda xaricdəki türklərlə azərbaycanlıların qardaşlığını görürük. Bu böyük matçlarda da onlardan dəstək gözləyirik. Sağ olsunlar, indiyədək bizi dəstəkləyiblər. Bu 3 mtçda da bizi dəstəkləyəcəklərinə inanırıq. İnşallah, onları xoşbəxt etməyə çalışacağıq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook