“Qarabağ” – “Roma” matçının biletləri ilə bağlı azarkeşlərə müraciət
Sentyabr 19
01:48
2017
"Qarabağ” Çempion Liqasında "Roma” ilə matçın biletləri ilə bağlı azarkeşlərə müraciət edib.
"Qafqazinfo” xəbər verir ki, klub azarkeşlərin bu gündən etibarən vauçerlərini biletə dəyişə biləcəklərini açıqlayıb.
"Qafqazinfo” xəbər verir ki, klub azarkeşlərin bu gündən etibarən vauçerlərini biletə dəyişə biləcəklərini açıqlayıb.
Məlumata görə, iTicketAZ-ın çatdırılma xidmətini sifariş edən azarkeşlərlə tezliklə əlaqə saxlanılacaq və çatdırılma həyata keçiriləcək.
Çatdırılma xidmətini sifariş etməyən azarkeşlər, aşağıda qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq vauçeri biletə dəyişə bilərlər:
"Gənclik mall” və "28 mall” - da yerləşən satış məntəqələri;
Park Bulvar (Qarabağ FK Fanshop);
M.Rəsulzadə 3 (Azərb.kt yaxınlığı) Bül-bül prospekti;
Nizami küç.(Nizami kt yaxınlığı);
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).
Asan Xidmət mərkəzləri;
Heydər Əliyev Sarayının kassası;
Qeyd edək ki, vauçer biletə dəyişilən zaman, vauçerdə qeyd olunan şəxsiyyət vəsiqəsi mütləq təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkündür. Stadiona daxil olarkən, şəxsiyyət vəsiqənizi və sizə məxsus bileti gətirməyi unutmayın.