SON XƏBƏR

"Qarabağ" şou göstərdi - Tarixi qələbə

İyul 31
08:10 2024
"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini qəbul edib.

Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andrade baxımlı qolla yadda qalıb.

Səfərdə rəqibini iki cavabsız topla üstəyən "köhlən atlar" növbəti III təsnifat mərhələsinə yüksəlib.

"Qarabağ" bu raundda "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda "Ludoqorets" qələbə qazanıb - 2:0.

Çempionlar Liqası

II təsnifat mərhələsi
Cavab oyunu

30 iyul

Qarabağ (Azərbaycan) - Linkoln (Cəbəllütariq) 5:0
Qollar: Juninyo, 18; 32; 44. Yassin Benzia, 66. Leandro Andrade, 73.
Qarabağ: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo.

Ehtiyat oyunçular:  1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov,  30. Abbas Hüseynov,  2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica
Linkoln: 1. Nauzet Santana, 5. İbrahim Ayu, 6. Bernardo Lopes (k), 15. Rafael Munyos, 24. Con Serqeant, 21. Nano, 8. Mustafa Yahaya, 22. Qrem Torrilya, 11. Julian Valarino, 17. Pedro Martin, 20. Etan Britto.

Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas.

Baş hakim: Yakob Sandberq (Danimarka).
Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:0.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook