SON XƏBƏR

"Qarabağ" Türkiyədən transfer edir: "Bursaspor"un futbolçusu gəlir

İyun 01
14:38 2018
21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökcü karyerasını Azərbaycanda davam etdirə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddia edilir ki, Azərbaycan çempionu "Qarabağ” müqavilə ilə "Bursaspor”a məxsus olan yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədi. Onunla həmçinin Hollandiyanın "Feyenoord” klubu da maraqlanır. "Bursaspor”un yeni baş məşqçisi Samet Aybaba da yeni mövsümdə futbolçunun xidmətindən yararlanmaq istədiyi bildirilir.

Qeyd edək ki, Ozan Can Kökcü ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın birinci liqa təmsilçisi "Valveyk”də keçirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook