SON XƏBƏR

Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb

May 06
11:03 2024
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün Elm və Təhsil Nazirliyinin tərkibində müxtəlif səviyyələrdə işçi qrupları yaradılıb.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

"İşçi qrupları müvafiq istiqamətlərdə fəaliyyət göstərirlər. Bununla bağlı hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə açıqlanacaq” – Agentlik bildirib.

Qeyd edək ki, Qarabağ Universitetinə rektor təyinatı olmayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook