SON XƏBƏR

“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib

Fevral 07
08:33 2024
"Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib.

Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarında bildirilib.
 
Qərarda deyilir:
 
"Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook