"Qarabağ" yenidən "Seltik" və "Kopenhagen"lə qarşılaşa bilər
Avqust 01
13:29
2019
"Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Qlobal.az xəbər verir ki, "Qarabağ"ın III təsnifat mərhələsində Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, püşkatmada "Slaviya” (Çexiya), "Yanq Boyz” (İsveçrə) və "Maribor” (Sloveniya) – "Rusenborq” (Norveç) cütünün qalibi ilə birgə səpələnməmişlər səbətində yer alacaq.
"Qarabağ” Çempionlar yolunda səpələnmişlər səbətinə qərarlaşan 8 komandadan biri ilə qarşılaşacaq. Ağdam təmsilçisi ÇFR (Kluj, Rumıniya) – "Seltik” (Şotlandiya), PAOK (Yunanıstan) - "Ayaks” (Hollandiya), ”Dinamo” (Zaqreb, Xorvatiya) – "Ferensvaroş” (Macarstan) və "Srvena Zvezda” (Serbiya) – "Kopenhagen” (Danimarka) cütlərinin qalibi ilə düşə bilər.
Qeyd edək ki, pley-off mərhələsinin püşkü avqustun 5-də atılacaq.