SON XƏBƏR

“Qarabağa görə yenidən müharibə etmək ağılsızlıqdır” - Erməni politoloq

Sentyabr 01
11:26 2023
"Qarabağda fiqurları dəyişdirməklə vəziyyətə hər hansı təsir göstərə biləcəkləri barədə düşünənlər özlərini aldatmaqla məşğuldurlar. Bu addımla həm hakimiyyət, həm də Qarabağ əhalisi Azərbaycana xidmət edirlər”. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu fikirləri "Haykakan Jamanak” qəzetinə müsahibəsində politoloq Harutyun Mkrtçyan səsləndirib.

O deyib ki, Arayik Harutyunyan Qarabağda heç də "parlaq siyasətçi” olmayıb. "Onun Qarabağda birmənalı qəbul edildiyi inandırıcı deyil. Bu da faktdır ki, o istefa verməklə öz adamlarının kürəyinə bıçaq saplayıb. Gedişat onu göstərir ki, Harutyunyan Qarabağaın sonuncu "prezidenti” kimi tarixə düşəcək. Hamımız başa düşürük ki, Azərbaycan tərəfi yeni seçkilərə imkan verməyəcək”.

Erməni politoloq olduqca qəribə bir məsələyə toxunub və fərqli bir sennarinin baş verəcəyindən bəhs edib. O deyib ki, Qarabağdakı müəmmalı 8 adam məsələsi diqqətçəkəndir. "Bu adamlar Arayiki göndərməyə nail olublar. Amma paralel olaraq, Azərbaycanın dəyirmanına su töküblər. Güman edirəm ki, Rusiya tərəfi də Harutyunyana təzyiq edib. Bunu bilmək üçün bir neçə gün gözləmək lazımdır”.

O iddia edib ki, Qarabağa dair iki variant var: "Birincisi, Rusiya qubernatoru vəzifəsinin yaradılmasıdır. Həmin vəzifəyə öz fəaliyyətini Rusiya Federasiyası ilə koordinasiya edəcək X adamın təyin edilir. İkinci variant isə Türkiyə vilayət statusudur. Yəni, Azərbaycan tərəfindən təyin edilmiş şəxs bölgəyə rəhbərlik edir. Əminəm ki, bunun üçün çoxlu sayda erməni yarışacaq”.

Mkrtçyan deyir ki, Qarabağda vəziyyətin 180 dərəcə dəyişmə ehtimalı da var. "Qarabağda Bako Saakyana yaxın birinin başa keçirildiyini görürük. Qarabağ regionda siyasətini "Rusiya sayəsində” məntiqi ilə formalaşdırmağa davam edərsə, Ermənistan heç nə edə bilməyəcək. Çünki Ermənistan üçün Rusiya və KTMT qoşunları əlavə təhlükəsizlik problemləri yaradır”.

Onun sözlərinə görə, batan şəxs xilas olmaq istəmirsə, onu xilas etmək mümkün deyil. "Qarabağda yaşayanlar da deyəsən, xilas olmaq istəmirlər. Mən Qarabağda siyasət görmürəm. Qarabağı xilas etmək üçün də hər hansı cəhdləri diqqəti çəkmir. Orda Samvel Babayan var. Ən yaxşı təklifi o edir. Vəziyyətə hər hansı təsir göstərmək üçün çarəsiz səylər göstərən Artur Osipyan var, onlara niyə qulaq asmırlar, niyə hərəkət etmirlər? Və nəhayət, bu yaxınlarda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirən mən olmuşam və demək olar ki, bir nəfər də olsun Qarabağ ermənisi o aksiyaya gəlməyib. İndi mən nə edim, qalan Ermənistan vətəndaşları nə etsin? Yeni bir müharibəyə başlasaq, daha bir neçə min qurban verməliyik. Bu bizə lazımdır?Bu ağılsızlıqdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook