SON XƏBƏR

Qarabağda erməni əsgərlərin koronavirusa yoluxması halları gizlədilir

Aprel 27
14:09 2020
Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarında xidmət keçən erməni əsgərlər arasında koronavirusa yoluxma halları ictimaiyyətdən gizlədilir.

Modern.az xəbər verir ki, kütləvi yoluxma martın 31 və aprelin 14-də "qondarma rejimin keçirdiyi "prezident və parlament seçki”ləri zaman əsgərlərin zorla səsverməyə vadar edilməsindən sonra başlamışdı.

Paralel olaraq, Ermənistan rəhbərliyinin pandemiya şəraitində qeyri-rasional addım ataraq cəbhəboyu minlərlə əsgər, ağır texnika və artilleriya vasitələrinin iştirakı ilə hərbi təlimlər keçirməsi əsgər sıralarında koronavirusa yoluxaraq sıradan çıxan hərbçilərin sayını artırıb.

Hərbi hissələrdə anisanitar vəziyyət, dezinfeksiya vasitələrinin olmaması və ordu rəhbərliyinin pandemiya təhlükəsini nəzərə almaması virusun miqyasını daha da genişləndirib.

Xüsusən, təmas xəttinin şimal istiqamətində, Kəlbəcər-Goranboy-Tərtər rayonu istiqamətində yerləşən bir neçə hərbi hissəsin izolyasiyaya alındığı, hərbi qulluqçular arasında koronavirusa yoluxma hallarının müəyyən olunduğu bildirilir.

Təsadüfi deyil ki, "Yaralı erməni qəhrəmanları”fondu və "Erməni əsgəri naminə” fondları Qarabağdakı hərbi hissələrə dezinfeksiya vasitələri, tibbi xalatlar, maskalar və ən əsası, koronavirusa yoluxmanı qısa müddətdə müəyyən edən testlər paylayıb.

Xatırlatlaq lazımdır ki, məhz dünya birliyin və Minsk Qrupunun kəskin pislədiyi qondarma seçkilərdən sonra koronavirusun Qarabağ ərazisində mövcudluğu təsdiqlənmişdi. Rejimin nümayəndələri Laçının Hüsülü, Bozlu, Mirik kəndləri, Kəlbəcər və Xankənində 8 nəfərin virusa yoluxması, 17 nəfərin isə virus şübhəsi ilə izolyasiya olunduğunu etiraf etmişdi.

Epidemioloji vəziyyət Ermənistanda daha ağırdır. Belə ki, bu ölkədə Qafqaz regionu üçün rekord – 1746 yoluxma halı müəyyən olunub. Yoluxanların isə cəmi 833 nəfəri sağalıb, 885 nəfər isə müalicə alır. İstər əhali sayı, istər iqtisai gücü və istərsə də səhiyyə sisteminin potensialı baxımından Azərbaycandan dəfələrlə geri qalan düşmən ölkədə aktiv koronaviruslu xəstə sayı səhiyyə sisteminə ağır təzyiq yaradıb. Müvafiq çarpayı sayı, süni nəfər aparatı və ixtisaslı həkim kadrlarının çatışmazlığını da bura əlavə etsək, vəziyyətin daha da acınacaqlı olduğunu görərik.

Ermənistan hakimiyyətinin çoxsaylı virusa yoluxma hallarını gizlətməsi reallıqda, ordunun döyüş qabiliyyətinin aşağı düşməsi və hərbi əməliyyatların bərpası zamanı müqavimət göstərə bilməməsi ilə bağlıdır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook