Qarabağda fəaliyyət göstərəcək sahibkarlara əlavə imtiyazlar verilə bilər - Açıqlama
Yanvar 28
17:10
2021
Qarabağ ərazisində fəaliyyət göstərmək istəyən sahibkarlara orada yaradılacaq parklarda və sənaye məhəllələrində əlavə imtiyazlar verilə bilər.
"APA-Economics”in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında çıxış edən Fondun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ hazırlanan konsepsiya çərçivəsində müzakirə olunur və bir neçə aydan sonra bu fəaliyyətin konturu tam aydınlaşacaq: "Bu günə 80-nə yaxın yerli sahibkarlar tərəfindən işğaldan azad olunan ərazilərdə investisiyaların yatırılması ilə bağlı müraciətlər daxil olub. Eyni zamanda, xarici şirkətlərində bu ərazilərə investisiyaların yatırılması ilə bağlı məsələlər var. Ərazilər minalardan təmizlənəndən sonra artıq o bölgədə xarici investorların dəvət olunma prosesi daha geniş formada olacaq. Bu proses artıq gedir və biz bütün təqdimatlarımızda, səsləndirdiyimiz strategiyalarda da düzəlişlər vermişik ki, məhz Qarabağ bölgəsi ilə bağlı yeni alətlər tətbiq olunacaq”.