Qarabağda istehlak olunacaq bütün enerji yaşıl mənbəli olacaq - Nazir müavini
Oktyabr 19
15:08
2023
Şuşa energetika xəritəsində özünəməxsus yeri olan bir məkandır.
"APA-Economics" xəbər verir ki, bunu energetika nazirinin
müavini Elnur Soltanov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Şuşanın ərazisi ilə bağlı olaraq ən effektiv paylama sistemi orada tətbiq edilib.
"Qarabağda istehlak olunacaq bütün enerji yaşıl mənbəli olacaq. Şuşadakı binaların izolyasiya sistemi bütün dəyər zəncirlərində ən əhəmiyyətli halqadır. Şəhərdə 3 və 5 kv-lıq led işıqlardan istifadə edilib, günəş panellərinin qurulması həyata keçirilir. Yaşıl enerji konsepsiyası çərçivəsində orada məhdud qazdan istifadə ediləcək.
Ən sona qədər biz Şuşada təbii qazın olmamasına maksimum çalışdıq. Ən sona qədər biz Şuşada təbii qazın olmamasına çalışdıq. Ən sonda qərar verdik ki, çox az təbii qazdan istifadə edilsin", - deyə nazir müavini əlavə edib.