SON XƏBƏR

Qarabağda ləğv olunmuş separatçı rejimin sabiq "rəsmiləri” Ermənistan MTX-ya çağırılır

Dekabr 28
12:34 2023
Qarabağda ləğv olunmuş separatçı rejimin sabiq "rəsmiləri” Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) çağırılır.

APA xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri mənbələrinə istinadən yazıb.

Nəşrin sözlərinə görə, "Artsax”ın ləğvinin qeyri-mümkünlüyü barədə fikirlər səsləndirən həmin şəxslərlə söhbətlər aparılır. Çağırılanlar arasında sabiq "dövlət naziri” Artak Beqlaryan, separatçı rejimin "rəhbərinin keçmiş müşaviri” Vladimir Qriqoryan, "parlametin vitse-spikeri” Qaqik Baqunts da var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook