SON XƏBƏR

"Qarabağ"da şok itki

Fevral 13
16:17 2017
"Qarabağ" daha bir hücumçusunun xidmətindən məhrm olub. Qlobal.Az fanat.az-a istinadən xəbər verir ki, bu dəfə Ağabala Ramazanov sıradan çıxıb.

Belə ki, gənc hücumçu cəzalı duruma düşüb. "Kəpəz"lə oyunun 86-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Ramazanov sarı vərəqə limitini doldurub. Maraqlıdı ki, qışda "Qarabağ"a transfer olunan futbolçu keçirdiyi ardıcıl 4 oyunun hamısında sarı vərəqə alıb. Bu səbəbdən o, XIX turun "Qəbələ" ilə matçını buraxmalı olacaq.

"Qarabağ" bundan əvvəl əsas oyunçularından Dani Kintananı itirib. İspan futbolçu zədələnərək uzun müddətlik sıradan çıxıb. Bundan başqa komandanın kapitanı Rəşad Sadıqov da zədəlidi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook