Qarabağda torpaq islahatları beynəlxalq təcrübə əsasında həyata keçiriləcək
Fevral 16
12:55
2023
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənəcək.
"Report" xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.