Qarabağda turizm milyonlar qazandıracaq?
Dekabr 29
12:40
2020
"İnsanımızda ümid yaranıb ki, işğaldan azad edilən torpaqlarımızda aqrar sektor, turizm inkişaf edəcək, ölkəmizin neftdən asılılığı azalacaq, məmləkət böyük pullar qazanacaq - gözəl hissdir, işğaldan azad edilmiş torpaqlarımız hər birimiz üçün qürur mənbəyi, ümid yeridir".
Cebhe.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, aqrar sektorun inkişaf etməməsinin səbəbi sistemdir:
"Bəyəm Vətən Savaşından öncə 80% nəzarətimizdə olan torpaqlarda 30 ildə güclü aqrar sektor, möhtəşəm turizm qura bildikmi ki, indi bu sahələrdə ümidimizi işğaldan azad edilən torpaqlara bağlamışıq?! Deməli problemlər sistemlidir, daha dərindir, deməli biz ilk öncə xroniki problemləri aradan qaldırıb effektiv idarəetmə sistemi qurmalıyıq ki, işğaldan azad edilən torpaqlarımıza, ümumiyyətlə, vətənimizin hər yerinə bərəkət gəlsin, iqtisadi səmərə yaransın.
Ərazi bütövlüyümüzün böyük ölçüdə bərpa edilməsi, şəhər, rayon, qəsəbə və kəndlərimizin düşməndən azad edilməsi möhtəşəm hərbi qələbədir, bu qələbəni iqtisadi, siyasi, ictimai dividentə çevirmək üçün isə idarəetmə sistemi və fəlsəfəsi kökündən dəyişməlidir".
Ekspert qeyd edib ki, bir məsələ də ondan ibarətdir ki, prioritet elan etdiyimiz sahələr də problemlidir, aqrar sahə böyük iş gücü tutumlu olsa da, böyük əlavə dəyər yaratmır: "Bir təzə iPhone 12 telefonu almaq üçün 2-2,5 ton pomidor becərib satmaq lazımdı və buna 3-4 ay vaxt gedir, amma bir iPhone cəmi 44 saniəyə istehsal olunur. Və ya turizm sahəsi də problemlidir - Pandemiya sübut etdi ki, turizmdən qidalanan iqtisadi sistemlər çox kövrək, çağırışlar qarşısında acizdirlər.
Ona görə də düşünüb-daşınıb elə bir sistem qurmalıyıq ki, həm insanımız dolansın, həm də Azərbaycan dünya əmək, məhsul və xidmət bazarında öz yerini tuta bilsin - ağır vəzifədir, amma bacarmalıyıq".