“Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərilib” - BQXK rəsmisi
Sentyabr 18
09:45
2023
"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərib”.
"Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
İlk dəfə idi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi eyni vaxtda həm Laçın, həm də Ağdam yolundan istifadə etməklə yükləri çatdırıb.
Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam və Laçın yolundan keçməklə insanlara lazım olan humanitar yükləri çatdırır: "Bu, un və tibbi ləvazimatlardır. Biz çox şadıq ki, qərar verənlər konsensusa gəliblər. Ümid edirik ki, bu humanitar konsensus insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasında dəstək olacaq.