“Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu” - Prezidentin köməkçisi
Sentyabr 20
17:31
2023
"Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu”.
"Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.