"Qarabağdakı qondarma "seçkini" tanımırıq” - Dövlət Departamenti
Sentyabr 11
23:29
2023
ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi "seçki”ni tanımadığını açıqlayıb.
Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.
Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.
O qeyd edib ki, Qarabağdakı separatçı rejimi müstəqil və suveren dövlət kimi tanımırlar.
"Beləliklə, oradakı qondarma "prezident seçkisi"nin nəticələrini tanımırıq”, - sözçü qeyd edib.