“Qarabağ”dan möhtəşəm qələbə
Oktyabr 21
01:19
2016
Bu gün Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları start götürüb. Axar.az xəbər verir ki, "Qarabağ” Bakıda Yunanıstan təmsilçisi PAOK-la görüşür.
"Qarabağ” ilk iki turdan sonra 1 xalla qrupda sonuncu pillədə qərarlaşıb.
Dani Kintananın qolu ilə "Qarabağ” 55-ci dəqiqədə hesabı açdı: 1-0.
"Qarabağ” matçın 87-ci dəqiqəsində Rahid Əmirquliyevin qolu ilə fərqi artırdı: 2-0.
"Qarabağ” Yunanıstan nəhəngi PAOK-u öz meydanında məğlub etdi: 2-0. Bu qələbə ilə təmsilçimiz xallarının sayını 4-ə çatdırdı və qrupda PAOK-la ikinci-üçünü yerdə qərarlaşıb. Qrupun digər görüşündə isə "Fiorentina” səfərdə Çexiya təmsilçisi "Slovan Libereç”i 3-1 hesabı ilə məğlub etdi. İtaliya təmsilçisi 7 xalla ilk pillədə, çexlər isə 1 xalla sonuncu pillədə qərarlaşıblar.