SON XƏBƏR

"Qarabağ"ı təbrizlilərlə görüşməyə qoymadılar, almanlarla oynayacaq

Yanvar 10
10:22 2016
Əvvəlcədən də məlumat verdiyimiz kimi, Antalyada keçirilən təlim-məşq toplanışında "Qarabağ"ın 4 yoxlama görüşü keçirməsi planlaşdırılmışdı.
 
Qaynar.info xəbər verir ki, 3 gün öncə hazırlığa başlayan "Qarabağ" hazırlığın 11-ci günündə - 16 yanvar tarixində ilk hazırlıq oyununa çıxacaq. Rəqib öncədən planlaşdırıldığı kimi, Cənubi Azərbaycanın mərkəzi şəhəri təmsil edən Təbrizin "Traktorsazi" klubu deyil, Almaniyanın Regional Liqa təmsilçisi "Rot-Vayss" (Essen) komandası olacaq.
Oyun "İC Santai" otelinin əsas meydançasında, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
 
"Qarabağ"ın digər 3 oyununun yeri və vaxtı (bizim saatla) isə aşağıdakı kimidir:
 
20 yanvar, saat 17:30 - "Dioşdyör" (Macarıstan) | "Kaya Palazzo" otelinin meydançası 23 yanvar, saat 17:30
 
- "Admira Vakker" (Avstriya) | "İC Santai" otelinin meydançası 23 yanvar, saat 19:30
 
- "Yaqelloniya" (Polşa) | "İC Santai" otelinin meydançası
 
Qeyd edək ki, "Traktor Sazi"nin Türkiyədə "Qarabağ"la oynamaqdan imtina etməsi İran İslam Respublikasının rəhbərliyindən xüsusi göstərişin gəlməsi ilə əlaqələndirilir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook