SON XƏBƏR

“Qarabağı tərk etmək ermənilərin könüllü seçimi idi” - Rusiyalı nazir müavini

Fevral 10
14:31 2024
"Rusiya Qarabağı tərk edən ermənilərin arzu etdikləri təqdirdə bölgəyə təhlükəsiz qayıtmasına şərait yaratmağa hazırdır”.

"AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.

"Təəssüf ki, Qarabağdakı ermənilərin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri dönmək istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımi qaydada təmin etmək, geri qayıtmasına şərait yaradılması vacibdir” – deyə, o, əlavə edib.

"Biz bu prosesə hər cür yardım göstərməyə hazırıq, o cümlədən iştirakı böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlı kontingenti vasitəsilə", - Qaluzin deyib.

Qaluzin iddia edib ki, 2023-cü ilin sentyabrında Azərbaycanın antiterror əməliyyatı zamanı Qarabağda məskunlaşmış ermənilər arasında itkilərinin çox olmaması üçün Rusiya ciddi səy göstərib. Hətta altı Rusiya sülhməramlısı da bu səbəbdən həyatını itirib.

"Rusiya sülhməramlı kontingentinin fəal vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub və Qarabağda məskunlaşmış ermənilərin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında danışıqlar aparılıb” – deyə, nazir müavini qeyd edib.

Qaluzin eyni zamanda deyib ki, qeyd olunan hadisələr təsadüfən baş verməyib: "Ermənistan tərəfi hələ 2022-ci ilin oktyabrında Aİ-nin himayəsi altında Praqada keçirilən sammitdə Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı onun tərkib hissəsi kimi tanıyıb. O zaman hələ bölgədəki erməni əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunmamışdı. İndi Qarabağ Azərbaycanın hüquq sahəsinə inteqrasiya olunur”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook