"Qarabağ"ın Avroliqa oyunları Bakı Olimpiya Stadionunda
Sentyabr 08
13:10
2018
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərini qəbul edəcəyi stadion dəyişdirilib.
Qlobal.az fanat.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
"Qarabağ" və AFFA oyunların Bakı Olimpiya Stadionunda keçirilməsi üçün UEFA-ya müraciət edib.
Qeyd edək ki, bundan əvvəl "Qarabağ"ın rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi açıqlanmışdı.
Onu da qeyd edək ki, "Qarabağ" Avropa Liqasında İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klubları ilə mübarizə aparacaq. Azərbaycan çempionu oktyabrın 4-də "Arsenal"ı, 25-də "Vorskla"nı, noyabrın 29-da "Sportinq"i qəbul edəcək.