SON XƏBƏR

“Qarabağ”ın daha iki rəqibi bəlli oldu

İyul 12
08:09 2024
"Qarabağ”ın Avstriyadakı son oyun günündəki rəqibləri bəlli olub.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun komandası iyulun 16-da iki matça çıxacaq.

İlk görüşdə rəqib Xorvatiya təmsilçisi "Slaven” (Belupo) olacaq. Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı "Əl Şəbəb”ə (BƏƏ) qarşı matçla yekunlaşdıracaq.

Qeyd edək ki, toplanış çərçivəsində ilk iki oyununu iyulun 9-da keçirən "Qarabağ” "Kayzerslautern” (1:3) və Plzen "Viktoriya”sı (2:1) ilə üz-üzə gəlib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook