SON XƏBƏR

"Qarabağ"ın oyunu norveçli hakimlərə tapşırıldı

İyul 23
16:08 2019
"Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dundalk” klubu ilə cavab oyununun hakimləri açıqlanıb.

Qlobal.Az xəbər verir ki, UEFA görüşü norveçli hakimlər briqadasına tapşırıb. Qarşılaşmanı Sveyn Oddvar Moen idarə edəcək. Ona Maqnus Lundberq və İsaak Elias Skyeset Başevkin yardımçı olacaq. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçirəcək görüşü matç saat 21.00-da başlayacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook