"Qarabağ"ın rəqibi ciddi itki ilə üzləşdi
Avqust 14
10:39
2017
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq Danimarkanın "Kopenhagen" klubu ciddi itki ilə üzləşib.
Qlobal.az komanda.az-a istinadən bildirir ki, paytaxt təmsilçisi ölkə çempionatının son turunda "Horsens"lə ev oyununda (1:1) zədələnən Erik Yohanssonun xidmətindən məhrum olub. Ağır zədə alan futbolçu matçın 74-cü dəqiqəsində əvəzlənmişdi. Artıq tibbi müayinədən keçən mərkəz müdafiəçisinin uzun müddət komandasına kömək edə bilməyəcəyi dəqiqləşib. Yohanssonun "Qarabağ"la görüşlərdə də meydana çıxmayacağı dəqiqdi.

"Qarabağ"la "Kopenhagen" arasında ilk oyun avqustun 15-də Bakıda, cavab matçı isə avqustun 23-də Danimarkada keçiriləcək.