SON XƏBƏR

"Qarabağın səsi " layihəsi təqdim olundu (VİDEO)

Sentyabr 15
12:10 2020
İşğal olunan torpaqlarımızla bağlı Müdafiə Nazirliyinin və Bakı Şəhər Gənclər və İdman Baş idarəsinim dəstəyi ilə "Qarabağın səsi " layihəsi həyata keçirlib. 

Qlobal.az xəbər verir ki, layihənin ideya muəllifi nəğməkar şair Cəlal Qurbanov, layihənin rəhbəri isə jurnalist Mintac Elsevər, koordinatori Mehrab Dadaşovdur.

Mahnının sözləri Cəlal Qurbanova, ingilis dilinə tərcümə Nigar Həsənzadəyə, aranjimanı isə əməkdar artist Əliağa Sədiyevə məxsusdur.

Ekran işini digərlərindən fərqləndirən cəhət onun Çahargah muğamının "Mayeyi Çahargah", "Bəstənigar", "Müxalif", "Mənsuriyyə", "Üzzal" şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır. 

Klipdə xalq artisti Nurəddin Mehdixanlı ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar. İştirakçıların stili üzərində Elnur Həsənov və  Gülya Vəkilova çalışıb. Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook