"Qarabağ"ın vitse-prezidenti: "İşğal altındakı torpaqların adının Avropada səslənməsi..."
Avqust 26
14:35
2017
"Qarabağ"ın Çempionlar Liqasına vəsiqə qazanması Azərbaycan qədər Türkiyədə də müzakirə mövzusudu. "Qaynarinfo" Fanat.az-a istinadən xəbər verir ki, qardaş ölkənin televiziyaları artıq bir neçə gündü bu uğuru müzakirə edir, saytlar və qəzetlər "Qarabağ" haqqında yazılar dərc edir, açıqlamalar yayımlayır.
Növbəti yazı bu gün "Yeni Çağ" qəzetinin internet saytında yayımlanıb. "Çempionlar Liqasına qatılan ikinci türk komandası" və "İşğal altındakı Qarabağın adının Avropada keçməsi bizim üçün önəmli bir hədəf idi" başlıqları ilə yayımlanan yazıda klubun vitse-prezidenti Tahir Gözəlin fikirlərinə yer yerilib.
Klubun 1950-ci illərdə fəaliyyətə başladığını, 1987-ci ildən "Qarabağ" adını aldığını xatırladan Tahir bəy 2001-ci ildən Ağdam təmsilçisinə rəhbərlik etdiklərini bildirib. Klub rəsmisi həmin tarixdən etibarən bir doğru bir klub qurmağı hədəflədiklərini deyib:
"16 illik əməyin nəticəsi olaraq Çempionlar Liqasında ölkə bayrağını dalğalandırmaq bizim üçün möhtəşəm qürur mənbəyidi. Hədəfimizi doğru müəyyənləşdirdik. Uşaq futbolu və tam heyəti ilə peşəkar klub qurmağı hədəfləmişdik. Ürəyimiz istəyən baş məşqçini tapa bilməmişdik. "Qarabağ"ın uğur tarixi Qurban Qurbanovun hədəfi ilə bizim hədəfimizin üst-üstə düşdüyü nöqtədə başladı. Artıq hədəflərimizi böyüdə biləcəyimizi hiss etdik. Qurbanov yaxşı komanda qurdu və bunun meyvələrini indi alırıq. İnşallah, uzun illər bu yolda uğurla davam edəcəyimizə inanırıq.
Tahir bəy "Qarabağ"ın Ermənistan işğalı altında olan Ağdam şəhərini təmsil etdiyini bildirib:
"İşğal altındakı torpaqların adının Avropada səslənməsi, Azərbaycanın ərazi bütövlüyünün gündəmə gətirilməsi bizim üçün önəmli bir hədəf idi. Biz "Qarabağ" klubunun məsuliyyətini üzərimizə götürəndə bu hisslərlə hərəkət etdik".
Türkiyədən çox sayda təbrik mesajı aldığını bildirən Gözəl bunları deyib:
"Qarabağ"ın Türkiyədə nə qədər sevildiyini bilirik. Bizim gözəl xəbərlərə ehtiyacımız var. Bu gün Türkiyənin "Beşiktaş" komandası ilə birlikdə Avropada mübarizə aparacağıq. Bu möhtəşəm bir duyğudu. Bu uğur türk dünyası, Türkiyə və Azərbaycanı sevənlərə böyük bir hədiyyədi. Bu məsuliyyətlə önümüzdəki matçlarda da ən gözəl oyunları sərgiləməyi arzulayırıq".
Yazıda həmçinin prezident İlham Əliyevin "Qarabağ"ın futbolçu və texniki heyətini qəbul edərək təbrik etməsi vurğulanır. Dövlət başçısının Prezidentin ehtiyat fondundan kluba 2 milyon manat mükafat ayırdığı da bildirilir.