SON XƏBƏR

"Qarasu oyl"-də ETİRAZ AKSİYASI

Oktyabr 14
13:44 2015
"Qarasu oyl” şirkətinin fəhlələri yenə etiraz aksiyası keçiriblər. 
 
Neftçilərin  Musavat.com-a verdikləri məlumata görə, bu gün səhər saat 07:00 da fəhlələrin etiraz aksiyasına keçirmələrinə əsas səbəb "Qarasu oyl” şirkətinin vitse-prezidenti İslam Ovçuyevin neftçilərin yemək pullarını və bayram pullarını kəsməsi olub. Bunun neftin dünyada qiymətinin düşməsi ilə əlaqəli olduğunu deyən şirkət rəhbərliyi nədənsə öz əmək haqqlarında endirim etməyib. 

Neftçilərin sözlərinə görə, İslam Ovçuyev özü 18 min manat əməkhaqqı aldığı təqdirdə fəhlələr 400-500 manat əmək haqqı alırlar: "Ağır şəraitdə işləyən biz komfortlu kabinetdə oturan İslam Ovçuyev kimilər şah kimi yaşayırlar. "Qarasu oyl”da ədalətsizliyin başında vitse-prezident İslam Ovçuyev dayanır. Əslən gürcüstanlı olan İslam Ovçuyev fəhlələri baş prokuror Zakir Qaralovun adıyla hədələyərək qorxudur, "etiraz aksiyası keçirsəniz sizi işdən qovdurub həbs etdirərəm” deyir. 

Neftçilər deyirlər ki, İslam Ovçuyev "Qarasu oyl”dan uzaqlaşdırılmayana qədər burada normal, ədalətli mühüt formalaşmayacaq.  
Qeyd edək ki, "Qarasu Oyl"-da bu cür hadisələrin baş verməyi ilk dəfə deyil.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook