“Qarşıdakı müddət Ermənistanın keçmiş səhvlərindən nəticə çıxarıb-çıxarmadığını göstərəcək” - Ceyhun Bayramov
Sentyabr 23
12:25
2023
"Qarşıdakı müddət Ermənistanın keçmiş səhvlərindən nə qədər nəticə çıxarıb-çıxarmadığını göstərəcək”.
Qeyd edək ki, Azərbaycanın XİN başçısı hazırda BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu Yorkda səfərdədir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Report”un ABŞ bürosuna müsahibəsində bildirib.
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi ilə bağlı onu deyə bilərəm ki, Ermənistanın atdığı qeyri-konstruktiv addımlara rəğmən Azərbaycan dövləti sülh gündəliyinə sadiqdir, Azərbaycan dövlətinin atdığı addımlar Ermənistandan fərqli olaraq ardıcıldır, sistemlidir, məntiqlidir və onlar beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.
Ermənistan Azərbaycana qarşı qarayaxma kampaniyasını, Azərbaycanın ərazi bütövlüyünü bilavəsitə və dolayısı ilə sual altında qoymaq və digər zərərli yanaşmalardan əl çəksə, hesab edirəm ki, kifayət qədər məntiqli, uzun olmayan bir zamanda sülh müqaviləsini prinsip etibarı ilə razılaşdırmaq mümkündür. Ancaq yenə də vurğulamaq istərdim ki, bu elə bir məsələdir ki, burada bir tərəfin deyil, iki tərəfin də, yəni Ermənistan tərəfinin də sülh prosesinə yanaşması kifayət qədər önəmlidir”, - nazir vurğulayıb.