SON XƏBƏR

Qaxda idman sahəsində fərqlənənlər mükafatlandırılıblar

Mart 05
21:08 2016
Qax rayonunda fəaliyyət göstərən 116 ilk bədən tərbiyəsi kollektivində 10 min nəfərə yaxın insan idmanla məşğul olur.
 
İdman sahəsində 187 nəfər ixtisaslı mütəxəssis çalışır. Hazırda rayonda 212 idman qurğusu istismardadır. 2013-cü ildə istifadəyə verilən Olimpiya İdman Kompleksi rayonda idmanın inkişaf etdirilməsində və kütləviliyin artırılmasında mühüm rol oynayır.
 
AZƏRTAC xəbər verir ki, bu faktlar 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qax rayonu rəhbərliyi ilə idman ictimaiyyətinin görüşündə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
 
Görüşdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov və başqaları çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, rayon idmançılarının 2015-ci ildə respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlardan bəhs ediblər.
 
Sonda bədən tərbiyəsi və idman sahəsində fərqlənən məşqçi və idmançılara, həmçinin idman veteranlarına fəxri fərmanlar təqdim olunub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook