SON XƏBƏR

Qazaxın kəndlərinin azad edilməsi ilə bağlı Prezidentə məruzə edən general kimdir?

May 24
17:06 2024
Qazax rayonunun nəzarətə götürülən Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağı ucaldılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) həbçiləri Qazaxın kəndlərindən Prezident İlham Əliyevə məruzə edib.

Məlumata görə, Prezidentə məruzə edən hərbçimiz DSX Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi general-mayor Vüsal Sultanovdur.

Vüsal Sultanov Şabran rayonunda anadan olub. Vətən müharibəsinin iştirakçısı olan hərbçimiz 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medal, 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

O, müharibə zamanı Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Vətən müharibəsi dövründə polkovnik rütbəsi daşıyan Sultanov 2021-ci ilin iyulun 17-də Çevik Hərəkət Qüvvələri Komandanının birinci müavini - qərargah rəisi təyin edilib. Ona 2022-ci ilin avqust ayında "general-mayor" ali hərbi rütbəsi verilib.

2023-cü ilin iyun ayında isə DSX-də Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib.

General-mayor Sultanov "Hərbi xidmətlərə görə" medalı, "İgidliyə görə" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən Müharibəsi Qəhrəmanı" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.//Modern.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook