Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankirini” yaxaladı - VİDEO
Yanvar 21
12:48
2020
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi beynəlxalq cinayətkar qruplaşmanın "bankiri” olan Azərbaycan vətəndaşını saxlayıb.
Virtualaz.org Komitənin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, əməliyyat yanvarın 15-də keçirilib. Milli Təhlükəsizlik Komitəsinin Nur-Sultan şəhəri üzrə departamenti xüsusi təyinatlı "A” dəstəsinin döyüşçülərinin dəstəyi ilə Azərbaycan vətəndaşını saxlayıb. Həmin şəxsin adı açıqlanmır, o transmilli cinayətkar sindikatın fəaliyyətini maliyyələşdirməkdə ittiham olunur.
"Saxlanılan şəxs pul vəsaitlərinin transmilli cinayətkar şəbəkənin Türkiyədə olan liderlərinə köçürməklə məşğul olub”,-açıqlamada deyilir.
Bildirilir ki, maliyyələşmə yerli sahibkarlardan reket yolu ilə toplanan pullar hesabına olub. Saxlanılan şəxs istintaq təcridxanasında saxlanılır, istintaq tədbirləri aparılır.