SON XƏBƏR

Qazaxıstan da "Mir" kartlarından imtina etdi

Aprel 03
16:06 2024
Qazaxıstanın bəzi bankları sanksiyalara görə Rusiyanın "Mir” kartlarına xidmət göstərməkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, Interfax agentliyi Qazaxıstan Milli Bankına müraciət edərək Rusiyanın "Mir” kartına xidmətlə bağlı münasibətini öyrənməyə çalışsa da, tənzimləyici sorğuya cavab verməyib.

Bir müddət öncə məlum olub ki, Qırğızıstanın Milli Ödəniş Sistemi də aprelin 5-dən "Mir” kartlarına xidmət göstərməyi dayandıracaq.

Xatırladaq ki, 2024-cü il fevralın 23-də ABŞ Rusiyanın "Mir” ödəniş sisteminə qarşı sanksiya tətbiq edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook