Qazaxıstan erməni əsilli rusiyalı teleaparıcını arzuedilməz şəxs elan edib
May 05
17:57
2022
Qazaxıstanın Xarici İşlər Nazirliyi erməni əsilli rusiyalı teleaparıcı Tiqran Keosayanı "arzuedilməz şəxslər” ("persona non qrata”) siyahısına daxil edib.
Qlobal.az "Report”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Aybek Smadiyarov bildirib.
"Biz Keosayanı həmin gün Qazaxıstana səfəri arzuedilməz şəxslər olan siyahıya daxil etmişdik. Diplomatik praktikada biz bəzən bu addımları atırıq”, - o deyib.
Qyed edək ki, Tiqran Keosayan özünün yutub kanalında Qazaxıstan hakimiyyətinin Rusiya-Ukrayna münasibəti və mayın 9-da ölkədə paradın keçirilməyəcəyi ilə bağlı qərarlarını ələ salaraq bildirib: "Qardaş ölkələr Rusiya ilə ABŞ və NATO qarşıdurmasında tutacaqları tərəfi müəyyənləşdirməlidir. Rusiya kimin onunla, bir yerdə olub-olmadığını diqqətlə izləyir”.
Keosayan həm də Marqarita Simonyanın əridir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandırdıqları üçün onlara Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Avstraliya sanksiya tətbiq edib.