SON XƏBƏR

Qazaxıstan ölüm hökmünü ləğv etdi

Dekabr 23
13:56 2021
Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) ölüm hökmünün ləğvi ilə bağlı qanunvericiliyə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsini qəbul edib. Dəyişikliklərə əsasən, ölüm hökmü ölkə Cinayət Məcəlləsinin bütün maddələrindən çıxarılacaq. 
 
Qaynarinfo xəbər verir ki, iclasın yayımı parlamentin saytında verilib.

Məlum olduğu kimi, qanunvericiliyə düzəlişlər BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktına ölüm hökmünün ləğvi üçün nəzərdə tutulmuş İkinci Fakültativ Protokol əsasında hazırlanıb. Respublika bu sənədi 2021-ci ilin yanvarında ratifikasiya edib.

Xatırladaq ki, indi Qazaxıstanda ölüm hökmünə moratorium tətbiq edilib. 2003-cü il dekabrın 17-də ölkənin birinci prezidenti Nursultan Nazarbayev ölüm hökmünün ləğvi məsələsi həll olunana qədər cəzaların icrasına qeyri-müəyyən moratoriumun tətbiq edilməsini elan edib. Qərar 2004-cü il yanvarın 1-dən qüvvəyə minib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook