Qazaxıstan parlamentində rus dilindən istifadə məhdudlaşdırlır
Mart 01
00:56
2018
Qazaxıstanda martın 1-dən etibarən Nazirlər Kabinetinin iclaslarında rus dilindən istifadə qadağan olundu. İclaslar yalnız qazax dilində keçiriləcək, ehtiyacı olanlar üçün sinxron tərcümə təmin ediləcək.
Bu barədə İTV-nin Qazaxıstandakı xüsusi müxbiri Füzuli Məcidli sosial şəbəkədəki səhifəsində yaızb.
Həmkarımız qeyd edir ki, 2009-cu ildə aparılmış siyahıyaalma zamanı əhalinin yalnız 62 faizinin qazax dilində, 85 faizinin isə rus dilində oxuyub yaza bildiyi məlum olmuşdu. Lakin o vaxtdan bəri Qazaxıstanda etnik balans xeyli dəyişib. Hazırda qazaxlar ölkə əhalisinin təxminən 70 faizini, ruslar isə əhalinin yalnız beşdə birini təşkil edir.
Aktobe.az saytının yazdığına görə, Elbaşı adlandırılan prezident Nazarbayev mu mövzuda danışaraq deyib ki, latın qrafikasına keçid xalqımız üçün tarixi əhəmiyyət daşıyır: "Bununla yanaşı, parlament və hökumətin fəaliyyəti yalnız dövlət dilində aparılmalıdır",
Musavat.com