SON XƏBƏR

Qazaxıstan polisi silahı yerə qoymayanların məhv ediləcəyini bildirdi

Yanvar 07
00:18 2022
Qazaxıstanın Daxili İşlər Nazirliyi silahı yerə qoymaq tələbinə qarşı müqavimət göstərənlərin məhv ediləcəyini açıqlayıb.

Bu barədə "Sputnik Qazaxıstan” ölkənin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, iğtişaş törədənlər qanuni tələbi rədd edərək silahı yerə qoymadıqları təqdirdə məhv ediləcəklər. Həmçinin qeyd olunur ki, Qazaxıstanın regionlarında polis və Milli Qvardiya patrul nəzarətini gücləndirib. Bir çox yerdə postlar qurulub, qayda pozanların saxlanılması üçün iş aparılır.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook