Qazaxıstan Prezidentinə sui-qəsdin qarşısı alındı
Aprel 04
00:33
2022
Qazaxıstanın xüsusi xidmət orqanları ölkə Prezidenti Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini saxlayıblar.
Bu barədə "Report” yerli mətbuata istinadən xəbər verir.
"2022-ci il martın 25-də Nur-Sultan şəhərində Milli Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyatı Qazaxıstan Prezidentinə və bir sıra şəxslərə qarşı sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini, "A” respublikasının vətəndaşını saxlayıb”, – xəbərdə deyilir.