SON XƏBƏR

Qazaxıstan Rusiyaya qarşı sanksiyalardan yayınmağa imkan verməyəcək - XİN

Dekabr 26
18:06 2022
Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi bildirib ki, Astana Rusiyaya qarşı sanksiyalarda iştirak etmir, lakin eyni zamanda bu məhdudlaşdırıcı tədbirlərdən yayınmağa imkan verməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” telekanalına istinadən məlumat yayıb.

"Qazaxıstan Rusiyaya qarşı sanksiyalarda iştirak etmir, lakin heç bir şirkətin sanksiyalardan yan keçmək üçün ondan istifadə etməsinə imkan verməmək prinsipinə sadiqdir”, - deyib.

Eyni zamanda o, Qazaxıstan və Rusiyanın sıx iqtisadi əlaqələrinin olduğunu, Rusiya Federasiyasına qarşı sanksiyaların Qazaxıstan iqtisadiyyatına mənfi təsir etdiyini xatırladıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook