SON XƏBƏR

Qazaxıstan Xəzərdə və digər yataqlarda 70 milyard dollarlıq layihə həyata keçirəcək

Dekabr 24
04:52 2021
Qazaxıstan 2030-cu ilə qədər qaz, neft, neft və qaz-kimya sənayesi, enerji istehsalı və bərpa olunan enerji mənbələri sahələrində ümumi məbləği təxminən 70 milyard ABŞ dolları olan 157 investisiya layihəsi həyata keçirməyi planlaşdırır.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Maqzum Mirzəqaliyev ölkənin enerji sektorunun inkişafı ilə bağlı hesabatı Prezident Kasım-Jomart Tokayevə təqdim edərkən bildirib.

Mirzəqaliyev Tengiz, Kaşaqan, Qaraçaqanak, Kələmkas-more və Xəzər yataqlarında layihələrin həyata keçirilməsi ilə əlaqədar 2030-cu ilə qədər neft hasilatını 104,2 milyon tona çatdırmağı planlaşdırdığını açıqlayıb.

Nazirin sözlərinə görə, 200 min ton həcmində neft məhsullarının ehtiyatının yaradılması nəzərdə tutulur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook