SON XƏBƏR

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Yanvar 05
12:37 2022
Qazaxıstan prezidenti Alma-Ata və Manqistau vilayətində fövqəladə vəziyyət elan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Qasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Fərman bu gün, saat 01.30-dan qüvvəyə minib və yanvarın 19-dək davam edəcək.

"İctimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə vəziyyətin gərginləşməsi ilə əlaqədar dövlət başçısı Qasım-Jomart Tokayev ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərmanlar imzalayıb. 5 yanvar 2022-ci il saat 01:30-dan 19 yanvar 2022-ci il saat 00:00-a qədər Mangistau vilayəti və Almatı şəhəri", - məlumatda deyilir.

Yeni ilin ilk günlərində Qazaxıstanın Manqistau vilayətinin (ölkənin qərbində neft hasil edən rayon) Janaozen və Aktau şəhərlərinin sakinləri mayeləşdirilmiş neft qazının qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiya keçiriblər. Ölkənin Energetika Nazirliyi izah edib ki, yanvarın 1-dən qazın qiyməti tələb və təklif əsasında elektron birja ticarətində formalaşır.

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev vəziyyətə baxmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook