SON XƏBƏR

Qazaxıstanın Aktobe şəhərində polis xalqın tərəfinə keçdi

Yanvar 05
14:51 2022
Qazaxıstanın Aktobe şəhərində polis əməkdaşları etirazçıları saxlamaqdan imtina ediblər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Orda.kz informasiya portalının yaydığı məlumatda deyilir.

"Aktobe polisi xalqın yanında olduqlarını, xalqa əl qaldırmayacaqlarını bildiriblər", - xəbərdə deyilir.

Portalın məlumatına görə, Aktobedə Akimat yaxınlığında minə yaxın etirazçı var və onlar isinmək üçün ocaq qalayaıblar.

KP Telegram kanalının məlumatına görə, Almatıda isə bəzi polis əməkdaşları etirazçılara qoşulub.

Qazaxıstanda bir neçə gündür ki, qaz etirazları davam edir. Bir gün əvvəl bildirildiyi kimi, Almatıda etirazçılar polis maşınlarını əzməyə başlayıb, təhlükəsizlik qüvvələri etirazçılara qarşı səs qumbaralardan istifadə edib. 

Prezident hökimətin istefasını qəbul edib. 

Qazaxıstanın hüquq-mühafizə orqanları respublikanın Manqistau vilayətinin Janaozen şəhərində qaz emalı zavodunun direktorunu və bu yanacaq növünün elektron ticarəti ilə məşğul olan saytın rəhbərini saxlayıb. 

Qazaxıstan prezidenti Almatı və Mangistauda fövqəladə vəziyyət elan edib. 

Daxili İşlər Nazirliyi 200-dən çox adamın saxlanıldığını bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook