SON XƏBƏR

Qazaxstandan bizə nə gəlir? –3 ayda Azərbaycana ixracın həcmi 48 milyon dollar olub

May 01
01:30 2018
Cari ilin birinci rübündə Qazaxıstan Azərbaycanın ən iri 15 ixracatçısı sırasına daxil olub.

Fins.az "24 xabar” saytına istinadla xəbər verir ki, 2018-ci ilin birinci rübündə Qazaxıstandan Azərbaycana ixracın həcmi 48 milyon dollardan çox olub. Müqayisə üçün xatırladaq ki, keçən ilin birinci rübündə müvafiq göstərici 17,5 milyon dollar idi.

Azərbaycan Qazaxıstandan taxıl, bəzi sənaye məhsulları idxal edir, özü isə bu ölkəyə kənd təsərrüfatı məhsulları və neft avadanlıqlarının bəzi nümunələrini ixrac edir.

2018-ci ilin ilk aylarında Qazaxıstan Azərbaycana taxıl satışının həcmini bir neçə dəfə artırıb. Yeyinti sənayesi məhsullarının bəzi növləri üzrə idxal-ixrac əməliyyatlarının tənzimlənməsi nəzərdə tutulur. Hökumətlərarası komissiyanın qərarına əsasən ikitərəfli ticarətin yeni istiqamətlərinin mənimsənilməsi planlaşdırılır. Bu məsələ keçən ilin sonunda qəbul edilmiş yol xəritəsində öz əksini tapıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook