SON XƏBƏR

“Qazprom” Azərbaycanda nümayəndəlik açılmasını təsdiqləyib

Oktyabr 06
12:34 2017
Rusiyanın "Qazprom” şirkətinin Direktorlar Şurası Azərbaycanda nümayəndəlik açılması məsələsinə razılıq verib.
 
"Report”un "Interfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətdən bildirilib.
 
"Qazprom” 2000-ci ildən 2006-cı ilə qədər Azərbaycana qaz nəql edib. Sonra qaz nəqli "Şahdəniz” qaz-kondensat yatağının işə düşməsi ilə əlaqədar dayandırılıb.
 
2010-cu ildən isə Azərbaycan Rusiyaya qaz nəql etməyə başlayıb. Bu qaz Dağıstanın qaz təminatı üçün istifadə olunub. 2013-2014-cü illərdə Azərbaycan qazının Rusiyaya nəqli təmir işləri ilə əlaqədar bir neçə dəfə dayandırılıb. 2015-ci ildən nəql həyata keçirilmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook