"Qəbələ" Fransaya getdi
Oktyabr 19
00:14
2016
Bu gün "Qəbələ" Avropa Liqasının qrup mərhələsində III turunun oyununu keçirəcəyi Fransaya gedib.
Sportnet.az xəbər verir ki, oktyabrın 20-də "Sent-Etyen"in qonağı olacaq "qırmızı-qaralar" rəqibin təmsil etdiyi eyniadlı şəhərə çarter reysilə yollanıb. "Merkuri" otelində qalacaq təmsilçiiz matçdan sonra Vətənə dönəcək.
Roman Qriqorçukun komandasının bu gün Fransada məşqə çıxması nəzərdə tutulub. Çünki "Qəbələ" səhər Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında son hazırlığını keçərək səfərə çıxıb. "Qırmzı-qaralar" sabah axşam məşqini oyun keçiriləcək stadionda edəcək.
"Qəbələ" səfərə 21 futbolçu ilə yollanıb. Ukraynalı mütəxəssisin sərəncamında olan oyunçular aşağıdakılardır:
Qapıçılar - Dmitri Bezotosnı, David Pietrzkieviç, Murad Popov
Müdafiəçilər - Rafael Santos, Vojislav Stankoviç, Vitali Vernidub, Rikardinyo, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov, Murad Musayev
Yarımmüdafiəçilər - Rəşad Sadiqov, Asif Məmmədov, Filip Ozobiç, Teo Uiks, Rəşad Eyyubov, Petar Franyiç, Qismək Alıyev, Tellur Mütəllimov
Hücumçular - Sergey Zenyov, Ruslan Qurbanov, Ehtiram Şahverdiyev
Düzdür, Sadiqov son turda "İnter"lə matçda zədələndiyindən Fransada meydana çıxa bilməcəyək. Sadəcə, kapitan komandasına çətin sınaqda mənəvi dəstək olmaq məqsədilə səfərə gedib. Sadiqov kimi "İnter Arena" zədələnən fransalı hücumçu Baqali Dabonun isə zədəsi daha ciddidir. O. bu üzdən vətəninə yollana bilməyərək Qəbələdə müalicəsini davam etdirir.
Eyni sözlər digər zədəlilər - yarımmüdafiəçilər Nika Kvekveskiri ilə Elvin Camalova aiddir. "Qəbələ"yə qayıdışı rəsmiləşən sabiq kapitan Cavid Hüseynov isə bərpa prosesi keçir. Onlarla Qriqorçukun köməkçisi məşğul olur. Ukraynalı mütəxəssis hücumdakı itkiləri nəzərə alaraq əvəzedici komandasının bombardiri Ehtiram Şahverdiyevi heyətə daxil edib. Roman Hüseynov isə "Qəbələ"nin U-19 komandası ilə UEFA Gənclər Liqasında Moskvada "Dinamo" ilə cavab oyununa yollandığından bu dəfə Qriqorçukun sərəncamında olmayacaq.

Qeyd edək ki, "Qəbələ"nin bu yay Avropa Liqasında 5 qolla bombardiri olan liberiyalı yarımmüdafiəçisi Teo Uiks 2 oyunluq cəzasını başa vurduğundan qrupda ilk dəfə meydana çıxa biləcək.
Qlobal.az