SON XƏBƏR

"Qəbələ” komandası Avropa Liqasında mübarizəni dayandır

Avqust 04
00:20 2017
"Qəbələ”-"Panatinaikos” oyununda hesab açılıb. Oyunun 51-ci dəqiqəsində avtoqol olub. "Panatinaikos”un oyunçusu Moleqo topu öz qapısına vurub. Beləliklə "Qəbələ" klubu 1-0 önə keçib.
Daha sonra "Panatinaikos” ard-arda iki qol vuraraq hesabda önə çıxıb.
Qolları 63-cü dəqiqədə Robin Lod və 66-cı dəqiqədə Brayn Kabezas vurub.

"Report" xəbər verir ki, "Bakcell Arena”da keçirilən oyunda Azərbaycan komandasının start heyətində Dmitri Bezotosnı, Voyslav Stankoviç, Baqali Dabo, Endryu Hellidey, Cavid Hüseynov, Vitali Vernidub, Dion Malone, İlqar Qurbanov, Filip Ozobiç, Deyvi Bultyuz, Steven Jozef-Monroz yer alıblar.
Yunanıstan təmsilçisinin ilk onbirliyində meydana Odisseas Vlaxodimos, Omri Altman, Gilyerme Molins, Zeka, Robin Lod, Dmitres Korbelis, Niklas Hult, Dmitrios Kolovetsios, Rodriqo Moledo, Anastasios Çatziqiovanis, Usman Kulibali çıxıblar.
Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Kreyq Pausondir. Ona həmyerliləri Li Betts və Adam Nunn kömək edirlər. Matçda dördüncü hakim funksiyasını isə Kevin Friend yerinə yetirir.
Komandalar arasında bir həftə əvvəl Afinada təşkil olunmuş ilk oyun 1:0 hesabı ilə rəqibin xeyrinə yekunlaşdığından növbəti mərhələyə yüksəlmək üçün "qırmızı-qaralar” bu oyunda mütləq iki top fərqi ilə qalib gəlməlidir.
Azərbaycan çempionatının gümüş mükafatçısı iki oyunun nəticəsinə görə Yunanıstan təmsilçisini mübarizədən kənarlaşdırsa, turnirin pley-off mərhələsinə adlayacaq.
Xatırladaq ki, bu komandalar iki il əvvəl Avroliqanın pley-off mərhələsində üz-üzə gəliblər. Həmin mövsüm Roman Qriqorçukun yetirmələri səfərdə vurduğu qollar sayəsində rəqibindən üstün olaraq qrup mərhələsinə vəsiqə qazanmışdı - 0:0, 2:2.
***
"Qəbələ” komandası Avropa Liqasında mübarizəni dayandırıb.
"Report"un məlumatına görə, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda da Yunanıstan təmsilçisi "Panatinaikos”u uduzub.
Qəbələlilər "Bakcell Arena"da baş tutan matçda hesabı açsalar da, matçın gedişində iki qol buraxaraq məğlub olublar.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust
"Qəbələ” (Azərbaycan) – "Panatinaikos” (Yunanıstan) 1:2 
Qollar: Rodriqo Moleno, 52 (öz qapısına) - Robin Lod, 63; Brayan Kabezas, 66
Baş hakim: Kreyq Pauson
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Bakı. "Bakcell Arena”
İlk oyun – 0:1



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook