SON XƏBƏR

QƏLB CƏRRAHLARI - Zahid Oruc

Yanvar 31
20:35 2016
Postmüharibə dövrünün sindromu və məğlubiyyət kompleksimizdən irəli gələn qəddarlıq özünü hər addımda nümayiş etdirir. Virtual məkanda həkim Rəşad Mahmudovun qiyabi mühakiməsini görəndə tarixdə çarmıxa çəkilənlərin bəraət üçün zamanı qalmadığını və son sözlərini demədən edam kötüyünə itələndiklərini indi daha yaxşı təsəvvür etmək olur.
 
Bir körpənin anadangəlmə ürək qüsurunu aradan qaldırmaq üçün onun valideynlərinin apardığı mübarizə övladına görə özünü oda-közə atan biz şərqlilər üçün normal səhnələrdir. Hər halda on minlərlə insanımız bədənlərinin bir üzvünü qurban vermək hesabına da olsa hər cür fədakarlığıa əl atırlar ki, varisləri yaşasın, həyatda qalsın. O biri yandan əməliyyatın xərclərini ödəmək imkanları olmadığından Heydər Əliyev Fondunun da hər zamankı kimi ehtiyaclı bir ailəyə əl uzadaraq xeyirxahlığını növbəti dəfə ortaya qoyması, Neftçilər xəstəxanasının hesabına gərəkən vəsaiti köçürməsi ayrıca yüksək ehtirama layiq humanizm hadisəsidir. Bundan sonra baş verənlərə görə hər kəsin tibb dünyasının peşəkar biliciləri kimi hökm çıxarmaları son dərəcə yanlışdır və səbəbləri Rəşad həkimə deyil, məcburi tibbi sığorta işini qura bilməyən səhiyyə sistemimizə və toplumun hazırki daxili halına bağlıdır. Neftçilər xəstəxanasının müayinə və müalicə üçün əvvəlcədən ödənişləri xüsusi hesaba qoyulmasını kəskin tənqid edə bilərsiniz. Lakin hər bir həkimi ağ əskiyə büküb atmağa ixtiyarımız yoxdur. Onsuz da "ağ xalatlı əzrayıl”lar deyib ittiham etdiyimiz on minlərlə həkim sizlərin-bizlərin evindən çıxıb Tibb Universitetin pullu pilləkənləri ilə addımlayıb hər birimizin həyatı ilə bağlı mühüm şəxslər kimi müxtəlif xəstəxanalara təyinat alırlar.Keçmişdə ixtisas bölgülərində yaşanan biyabırçılıqlara hər halda ermənilər səbəb olmamışdı. Bakının ortasında aldığımız təhsilin son akkordlarını hamımız bir neçə min dollarla başa vurmağa çalışaraq, Hippokratı belə müalicə etməyə hazır olduğumuzu sübut edən diplomlarla böyük həyata-insanları sallaqxana məxluquna çevirən binalara yola salırdıq.
 
Dövlət bütün bunları nəzərə alıb internatura adlı korrupsiya tələsini rezidenturayla əvəzlədi və ora qəbul prosesi şəffaflığı, dürsütlüyü ilə cəmiyyətdə özünə inam qazanan TQDK-nın sərəncamına verildi. İndi müxtəlif bölgələrdə və paytaxtımızda ölkə başçımız tərəfindən açılan diaqnostik mərkəzlərə və yeni xəstəxanalara gələnlərin sırasında hələ nə 2007-ci ildən sonra xaricə göndərilənlər qoşulmayıb, nə də yeni qaydada seçilənlər əsas məqama yiyələnməyiblər. Lakin Rəşad həkim kimi istedadlı və yüksək dəyərləri özündə daşıyan çox az həkimlərimizin üzərinə hər yerdən hücumları görəndə adam mütəəssir olur. Dostlar, onsuz da İrana və Türkiyəyə üz tutan yüz minlərlə insanımızı ürək əməliyyatına görə ölkəmizdə qarşılayan bir neçə bilikli mütəxəssimiz var, siz onları da çirkaba batıranda bilirsimizmi ən çox kim udacaq-yox, Təbrizdə on min manatı ödəyib də sonra reanimasiya masasında can verən, lakin cəsədini geri qaytarmaq üçün 3 min manatlıq borcunu dumanlı,həsrətli, həsədli qardaşlarımızın deyil, bizlərin ödədiyi ölkəni deyil, yaxud milyonları xərclədiyimiz Memorial klinikasının adını çəkməyəcəm. Bir vaxtlar tikanlı məftillərlə ayrıldığımız Təbrizin milyonlarla oğlu-qızı bizim əvəzimizdən müalicə pulu ödəyəsi deyildilər və belə ədəbi qəhrəmanlıqlar həyatda çox az hallarda təkrərlanır. Onsuz da insanlar ağrıyanda canlarını götürüb bir ünvana qaçmalıdılar. Lakin Rəşad həkimi çamura batıranda və onu da görəvindən düşürəndə peşəkarların yerini dünənə qədər sizi yanlış kəsib-doğrayan qəssablar tutacaq. Ölkəni tərk edən alimləri və kütləvi "beyin axınları”nı belə davranışla durdura bilməyəcəyinizi bir daha düşünün.
 
Füzuli rayonundan olan iki köçkün uşaq üçün müxtəlif illərdə şəxsən özümün müraciətim zamanı indi sizin linç edərək ən ağır suçlandırmalara məruz qoydugunuz və sağlamlığımızın keşiyndə duranlardan olan qisasınızı almağa çalışdığınız şəxsi sizin kimi ekrandan tanımışdım və həyatda cəmi bir dəfə qarşılaşmışdıq. Yüksək alicənablıq və təmənnasızlıqla qəbul olunan o yurdsuz-yuvasızların balalarına göstərilən münaisbətin sonunda nə yaxşı ki,bütün müayinələr əməliyyata müsbət göstərişlər vermişdi və uğurlu cərrahiyyənin nəticəsində indi o uşaqlar sağlam ömür sürürlər. ”Cinayətkar və qansiz adam” deyə damğalayıb ən sərt qərar çııxardığınız zaman bunları unutmayın.
 
Minlərlə insan üçün fədakarlıq göstərən şəxsi kəsib atarkən düşünün-siz bunu yaxşı ürəkləmi edirsiz? Bir daha o balaca körpənin halına yanaraq bizim iradəmizdən kənar olan hallar üçün dua etməliykən hər kəsin yerindən qalxıb bütün həkimlərin və millət vəkillərinin ünvanına yağıdırdığı təhqirləri, qarğışları görəndə adam düşünür ki, görəsən İsa Məsihin dalınca gedən indiki etiqadlılar vaxtilə Məryəmin övladına dayaq dursaydılar, peyğəmbərin həyatının sonu necə tamamlanardı və sonralar xaça çevrilən dünyəvi əzabdan ötüşmək mümkün idimi?
 
Halbuki Rəşad həkim adi bir bəndədir və o,bütün risqləri söylədiyi istənilən pasient üçün ölüm müjdəçisi deyil, şəfa yetirən bir missiya sahibi olmağı hamıdan daha çox istəyərdi. Halbuki hər addımda idellaşdrılan Qərb klinikalarında ən ağır diaqnozu-verdikti adamın gözünün içərisinə söyləməyi peşə borcları hesab edirlər. Hər halda bir daha şəxslərdən şikayətçi olmamaq üçün "tibbi sığorta” aktının icrasını yerindən tərpətmək bir-birini didməkdən daha faydalı olardı. Adamlar, o körpə üçün Allahdan yardım istəyərkən,əllərimizdəki aqressiya və qəzəb bıçağını gəlin yerə qoyaq. Axı böyük imamız Əli əleyhissəlam da yıxıb boynunu vurmağa hazırlaşdığı düşmənini onun bir hərəkəti qarışılığında yerindən qaldırmışdı ki, nifrət qalib gəlməsin!  
 
Fiziki natamamlıqlarla doğulmaq günah və eyib deyil, ən pisi mənən "ürək qüsurlu”su olmaqdır!
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook