SON XƏBƏR

“Qərb bizim xəbərdarlığımıza məhəl qoymur” - Lavrov gileylənir

Noyabr 27
11:20 2024
Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Rossiyskaya qazeta”ya müsahibəsində yenə Qərbdən gileylənib. 

"AzPolitika” xəbər verir ki, Rusiya XİN başçısının dediyinə görə, Qərb Rusiyanın ölkənin dərinliklərinə raket zərbələrinə adekvat cavab veriləcəyi ilə bağlı bütün xəbərdarlıqlarına məhəl qoymayıb: "Prezident Vladimir Putin noyabrın 21-də televiziya çıxışında Rusiyanın bu cür addımlara necə cavab verəcəyini açıq şəkildə qeyd etdi. Əminəm ki, Rusiya vətəndaşlarına və infrastrukturuna ziyan vurmaqda günahkar olanların hamısı layiqli cəzalarını alacaqlar”.

Lavrov Rusiyanın dərinliklərinə endirilən zərbələri "eskalasiya yaradan addım” adlandırıb. Nazir vurğulayıb ki, düşmən tərəfdən heç bir eskalasiya Moskvanı Ukraynadakı "məqsədlərindən” əl çəkməyə məcbur etməyəcək və Rusiya tərəfi hadisələrin istənilən inkişafına hazırdır, lakin guya "hər zaman mübahisəli məsələləri sülh yolu ilə həll etməyə üstünlük verir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook