Qərb dövlətləri Rusiyanın Ukrayna toplantısını nədən boykot edib?
Dekabr 03
12:41
2020
ABŞ, Böyük Britaniya və Estoniya BMT-nin Təhlükəsizlik Şurasının Rusiyanın başlatdığı Minsk razılaşmaları ilə bağlı qeyri-rəsmi iclasında iştirak etməyib.
Qlobal.az xəbər verir ki, bu ölkələrin daimi nümayəndəlikləri tədbirə Ukrayna münaqişəsinin həqiqətlərini təhrif etmək cəhdi olduğu üçün gəlmədiklərini bildirdilər.
Buna cavab olaraq Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəsi Vasili Nebenzya bu görüşü boykot etmək qərarına gələnlərin "özlərini ifşa etdiklərini və tərəfsiz vasitəçi olmaq əvəzinə bu qarşıdurmada tərəflərdən birini açıq şəkildə tutduqlarını" qeyd edib.
Bundan əvvəl Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı Minsk razılaşmalarının həyata keçirilməsinə həsr olunmuş qeyri-rəsmi iclası keçirilib. Onlayn tədbirdə qondarma Luqansk Xalq Respublikasının Donbas təmas qrupundakı səlahiyyətli nümayəndəsi Vladislav Deinoqo, habelə təmas qrupundakı qondarma Donbas Xalq Respublikasının nümayəndəsi və qondarma respublikanın "Xarici İşlər Nazirliyi”nin rəhbəri Natalya Nikonorova çıxış etdilər.
Vaşinqton, London və Tallinndən əlavə, tədbir Fransa, Almaniya və Belçika tərəfindən də boykot edilib. Eyni zamanda, Paris və Berlin tədbirin BMT saytında yayımlanmağına imkan verməyiblər.